Mark Spitz

Mark Spitz
ing. Mark Andrew Spitz
Şəxsi məlumatlar
Doğum adı Mark Andrew Spitz
Vətəndaşlığı
Doğum tarixi 10 fevral 1950(1950-02-10)[1][2][…] (74 yaş)
Təhsili
  • Bluminqton İndiana Universiteti[d]
Boyu 1,83 m
İdman növü üzgüçülük
Rəsmi saytı

Mark Andryu Spitz (10 fevral 1950[1][2][…]) — 9 qat olimpiya çempionu olan keçmiş amerikan üzgüçüsüdür. O, Münhendə keçirilmiş 1972 yay Olimpiya oyunlarında 7 qızıl medal qazanmış, lakin Pekində keçirilmiş 2008 yay Olimpiya oyunlarında 8 qızıl medal qazanmış Maykl Felps tərəfindən bu rekord yenilənmişdir. Spits, 1972-ci ildə iştirak etdiyi 7 yarışda yeni dünya rekordlarını müəyyənləşdirmiş və bu rekordlar hələ də qırılmayıb. 1900-cü ildən bəri heç bir üzgüçü, fərdi yarışlarda qazandıqları olimpiya medallarının yüksək faizini əldə etməmişdir.

19681972-ci illər ərzində Spits, 9 olimpiya qızılı, eyni zamanda gümüş və bürünc, 5 Pan Amerika qızılı, 31 AAU titulu və 8 NCAA titulu qazanmışdır. Bu illər ərzində o, 35 dünya rekordu müəyyənləşdirmiş, lakin bunlar 2-si sınaq prosesi zamanı və qeyri-rəsmi olaraq qazanılmışdı.[3][4] 1972-ci ildə Münhendə qazandığı 7 qızıl medal ilə, o Maykl Felpsin 36 il sonra — 2008-ci ildə Pekində 8 qızıl medal qazanmasına qədər Olimpiya Oyunları tarixinin ən titullu idmançısı idi. O, 1969, 19711972-ci illərdə Dünya Üzgüçülük Jurnalı tərəfindən ilin üzgüçüsü adına layiq görülmüşdür. O, 9 olimpiya qızılı qazanan 3-cü idmançı idi.

  1. 1 2 Mark Spitz // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Mark Spitz // Brockhauz Ensiklopediyası (alm.).
  3. "International Jewish Sports Hall of Fame". Jewishsports.net. February 10, 1950. September 7, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 30, 2011.
  4. "www.indiana.edu". www.indiana.edu. June 2, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 30, 2011.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search